İsveçrə səfiri AZPROMO sədri ilə görüşüb

15:05 19.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin ölkəmizdəki səfiri Tomas Stahli bu gün Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İcraçı direktoru Yusif Abdullayevlə görüşüb.

Hafta.az-ın yazdığına görə, görüşdə ikitərəfli iqtisadi əlaqələr, xüsusilə iki ölkə arasındakı hazırkı ixrac və investisiya istiqamətləri müzakirə edilib.

Tərəflər Azərbaycanla İsveçrə arasında qarşılıqlı investisiya və ixrac artımı imkanlarının çox olması gözlənilən 2026-cı il üçün planlarla bağlı fikir mübadilələri də aparıblar.