Kadırov bu dəfə Polşanı hədələdi: "Cəmi 6 saniyə çəkər"

11:36 27.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Ukrayna arasında davam edən müharibə 93 gündür həyatımızdadır. Bir neçə günə ölkəni tamamilə ələ keçirəcəyini iddia edən Vladimir Putin proses irəlilədikcə Ukrayna ilə bağlı planlarını dəyişməli olub. Müharibə başlayandan bəri Rusiya və Putinin ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramazan Kadırov bu dəfə qan donduran sözlərlə başqa bir ölkəni hədələyib.

Hafta.az bildirir ki, Putinin müharibədə ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramzan Kadırov işğal zamanı Ukraynaya verdiyi dəstəyə görə Polşanı hədələyib. Kadırov Polşaya "6 saniyəyə nə edə biləcəyimizi sizə göstərəcəyik" deyib.

Putinin himayəsində olan Kadırov tez-tez Qərbə qarşı tənqid və təhdidləri ilə gündəmə gəlir. Ramazan Kadırov Ukraynaya verdiyi qətiyyətli dəstəyinə cavab olaraq Polşanı bu ölkəyə hərbi hücuma keçməklə hədələyib.

İşğala baxmayaraq, Polşa müttəfiqi Ukraynaya sadiq qaldı və öz qapılarını müharibə səbəbindən Ukraynadan qaçan saysız-hesabsız insanlara açdı.

Oxunma sayı 411