Karateçimiz İslam Həmrəyliyi Oyunlarının qalibi olub

20:55 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Hafta.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib. Rəqibini 5:3 hesabı ilə məğlub edən İ.Zaretska İslamiadanın üçqat qalibi olub.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.