Karxanalarda araşdırma və monitorinqlər aparılır

14:00 10.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunda yerləşən bütün karxanaların, eyni zamanda Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı artıq bir neçə vaxtdır Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən araşdırma və monitorinqlər aparılır.

Hafta.az-ın məlumatına görə, Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib ki, dünən sosial şəbəkədə yayılan Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasında aparılan araşdırmanın nəticələri mütəxəssislər tərəfindən qiymətləndirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Sosial rubrikasından digər xəbərlər