Keanu Rivz yeni komediya filmində çəkiliş qəzasından danışıb

11:05 25.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur kinoulduz Keanu Rivz diz qapağının "kartof çipi kimi" qırılmasına səbəb olan çəkiliş zamanı qəza haqqında danışıb.

Hafta.az-ın “Variety”a istinadən yazdığına görə. veteran ulduz, yazdığı yeni kitabını tanıtmaq üçün Stefan Kolbertin "The Late Show"da qonağı olub. Söhbət zamanı mövzu Əziz Ənsarinin qarşıdan gələn yeni komediya “Good Fortune” filmində mələk rolunu oynadığı son aktyor ifasına keçib.

59 yaşlı Rivz filmin çəkiliş meydançasında dizi qapağını sındırdı və bunu aprel ayında CinemaCon tədbirində Ənsari də təsdiqləyib.

"Əziz Ənsari və Set Rogenlə bir səhnə çəkirdik və buz vannası alırdıq" deyən aktyor əla vaxt keçirdiyini bildirib. Buz vannasından sonra üşüdüyünü və dəsmala sarındığını və xalçaların döşəndiyi otağa getdiyini söyləyən Rivz kiçik addımlarla qaçarkən büdrədiyini bildirib.

Blokbaster “Con Uik” serialının çəkilişləri zamanı dəfələrlə bədənini fiziki həddə çatdıran aktyor yıxılmasının qarşısını almağa çalışdığını, lakin vaxtında özünə gələ bilmədiyini bildirib.

“Yavaşca yıxılmağa başladım. Qollarımı açdım, amma bu kifayət etmədi və dizim kartof çipsi kimi qırıldı” o deyib.

Dizinin anında şişdiyini izah edən aktyor zarafat edərək "Komediya çox çətindir, dostum" deyib.

Komediya ustası Əziz Ənsarinin rejissorluğu ilə çəkilmiş “Good Fortune” filmində Set Rogenlə birlikdə Kianu Rivz rol alır.