Yazını böyüt
Yazını kiçilt
Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos ürəyindən əməliyyat keçirib.
Hafta.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində məlumat yayılıb.
Keçmiş futbolçunun ayağında tromb aşkarlandıqdan sonra aparılan müayinələr zamanı ürəklə bağlı problemlər müəyyən edilib. Bunun ardından Roberto Karlos Braziliyada cərrahi əməliyyata alınıb.
Hazırda əfsanəvi futbolçunun həyatı üçün təhlükə yoxdur. Buna baxmayaraq, həkimlərin nəzarəti altında xəstəxanada qalmaqda davam edəcək.