Keçmiş məhkum mənzildən 15 min manat oğurlayıb

13:36 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 18-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 15.000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Soltanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.