Keçmiş prezident bu qədər təqaüd alır

19:07 06.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fransanın keçmiş prezidenti Fransua Olland dövlətdən 12 min avro təqaüd aldığını bildirib. O, bu barədə RMC radiostansiyasının efirində məlumat verib.

Sabiq prezidentin sözlərinə görə, onun prezident təqaüdü 4000 avrodur, lakin bundan əlavə o,

Hesablama Palatasındakı işinə görə təxminən 4000 avro alır, deputat təqaüdü də var.

“Belə çıxır ki, mənim aylıq gəlirim 11-12 min avro arasındadır”, - Olland deyib.
2022-ci ildə Fransada orta pensiya 1509 avro və ya xalis gəlirin 1400 avrosu təşkil edir.

Oxunma sayı 112