“Kəpəz”in bıçaqlanan futbolçusundan xəbər var

11:43 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Kəpəz” insident nəticəsində bıçaq xəsarəti alan futbolçusu Veysəl Rzayevin durumunu açıqlayıb. Klubdan bildirilib ki, yarımmüdafiəçi hazırda Gəncə şəhər 3 saylı xəstəxanada müalicə olunur.

Hafta.az xəbər verir ki, məlumatda futbolçuya cərrahi müdaxilə edildiyi, hazırda vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Gəncədə baş verib.