Yazını böyüt
Yazını kiçilt
Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını artırmaq üçün nüvə materiallarının istehsalının artırılmasına göstəriş verib. Koreya Mərkəzi Xəbər Agentliyi xəbər verir.
“Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin nüvə silahlarının sayını artırmaq planını tam şəkildə həyata keçirmək üçün gələcəkdə silah tipli nüvə materiallarının istehsalını genişləndirmək və silahlanmaya təkan vermək lazımdır”, - deyən KXDR rəhbəri nüvə silahının “ölkənin suverenliyinin qorunması üçün lazım olduğunu” vurğulayıb.