Kolumbiyada 5,5 bal gücündə zəlzələ

14:21 14.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Frontino şəhərindən 9 km aralıda yerləşib. Zəlzələnin ocağı 13 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.