''Koronavirus'la bağlı 9 il əvvəl film çəkilibmiş - FOTO

11:16 12.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun yayılmasından sonra 9 il əvvəl yayımlanan ''Contagion'' filmi gündəmə gəlib.

Hafta.az ölkə.az-a istinadən bildirir ki, ''Contagion'' filmini lentə alan şirkət Varner Bros, filmin koronavirus yayılmadan əvvəl 270-ci sırada olduğunu, hazırda isə ən çox baxılan və axtarılan kino olduğunu açıqlayıb.

Filmin populyar olma səbəbi isə baş verən hadisələrin günümüzdə yayılan koronavirusla bənzər əlamətlərin olmasıdır. Filmdə iş qadını obrazını canlandıran Gwynet Paltrov Çinə səfər edərkən ölümcül virusa yoluxaraq həyatını itirir. Paltrovun canlandırdığı xarakter MEV-1 adı verilən virusa yarasadan yoluxmuş donuzu alan şeflə görüşdükdən sonra yoluxur. Filmdə bu virusdan ölən insanların sayı dünya əhalisinin yüzdə iyimi beş faizi göstərilir. Filmin ssenarissti Scot Z Burns jurnala verdiyi müsahibədə bildirib ki, o filmdə virusa qarşı dünya əhalisinin hazırlıqsız olmasını göstərmək istəyib. Eyni zamanda o filmin ssenarisinin tamamən təsadüf əsəri olduğunu da qeyd edib.