Koul Palmer tezliklə “Çelsi”dən ayrıla bilər

15:37 23.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Çelsi"nin futbolçusu Koul Palmer tezliklə London klubundan ayrıla bilər.

Hafta.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin komandada xoşbəxt olmamasıdır.

İngiltərə millisinin üzvü gələcək transfer təkliflərini dəyərləndirəcək.

23 yaşlı oyunçunun adı “Mançester Yunayted”lə hallanır.

Koul Palmer 2023-cü ildə 40 milyon funt sterlinqə "Mançester Siti"dən "Çelsi"yə keçib.