Kraliça Elizabetin Barbie kuklası üç saniyəyə satılıb

10:39 16.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada Kraliça II. Elizabethin taxta çıxmasının 70 illiyini qeyd etmək üçün buraxılan məhdud sayda Kraliça Elizabeth Barbie kuklası John Lewis-də satışa çıxarıldıqdan üç saniyə sonra satılıb.

Hafta.az bildirir ki, pərakəndə satış saytında qiyməti 94,99 sterlinq olaraq təyin olunan suvenir kukla indi eBay-də 1000 sterlinqə qədər olan qiymətlərlə yenidən satışa təqdim edilir.

Bu kukla oyuncaq brendinin məşhur və tarixi şəxsiyyətləri şərəfləndirən Tributes Collection kolleksiyasının bir hissəsidir.

Oxunma sayı 36