Yazını böyüt
Yazını kiçilt
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək.
Həmçinin bildirilib ki, yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.