Kürdəmirdə avtomobil yandı - VİDEO 

13:25 15.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “VAZ 2104” markalı minik avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.