Yazını böyüt
Yazını kiçilt
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hafta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qərar imzalayıb.
Qərarda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".
Qeyd edək ki, Prezidentin digər qərarı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.