Küveyt hökuməti istefa verdi - PARLAMENTƏ ETİRAZ OLARAQ

16:40 23.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Küveyt hökuməti parlamentlə aralarında davam edən münaqişədən sonra istefa verib.

Hafta.az-ın yazdığına görə, bu haqda məlumatı Küveytdə nəşr olunan “Əl-Kabas” saytı yayıb. Bildirilir ki, Şeyx Əhməd Nəvaf əl-Əhməd əs-Sabahın başçılıq etdiyi 2022-ci ilin oktyabrında qurulan hökumət özünü buraxıb.

Xəbərdə hökumətin parlamentlə siyasi böhranda mövqeyini qoruduğu və “populist” adlandırdığı qanun layihələri ilə bağlı hər hansı öhdəlik götürməkdən imtina etdiyi qeyd olunub.

Ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında böhran ötən il yanvarın 10-dan başlayıb. Hökumət üzvləri “Vətəndaşların kredit borcunun azaldılması haqqında” qanun layihəsini rədd edərək, Məclisin iclasından çıxıblar.

Qeyri-rəsmi mənbələrə görə 500 minə yaxın küveytlini əhatə edən təklifin ədalət və bərabərlik prinsipinə zidd olduğunu əsas gətirən hökumət tərəfinin fikrincə “maliyyə yükü gətirən qanun layihələri ilə bağlı hesabatların müzakirə üçün komissiyalara göndərilməsini, konstitusiyaya və konsensusa əsaslanan həllər əldə edilməlidir”.

Rəsmi qurumlar istefa ilə bağlı hələlik açıqlama verməyib.