Ledi Qaqa "kişi" olduğuna dair iddialara cavab verir

11:05 20.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyaca məşhur müğənni və aktrisa Ledi Qaqa karyerasının əvvəlindən bəri davam edən cinsiyyəti ilə bağlı iddialara nəhayət ki, cavab verib. Əsl adı Stefani Germanotta olan 38 yaşlı sənətçi uzun müddətdir ki, onun kişi və androqin olması ilə bağlı fərziyyələrlə üzləşib. Bu sui-qəsd nəzəriyyələri xüsusilə onun 2011-ci ildə Anderson Kuperlə verdiyi müsahibədə gündəmə gəlib. Bu söz-söhbətlərlə bağlı Kuper Qaqaya, "Sənin androqin və cinsiyyət orqanının olduğuna dair söz-söhbət var idi. Əksər sənətçilər bunu qəti şəkildə inkar edərdilər, amma sən bununla əylənirsən" deyib.

Hafta.az-ın yazdığına görə, Ledi Qaqa bu iddialardan qətiyyən təsirlənmədiyini ifadə edərək, "Bəlkə də var. Bu belə pis bir şeydir? Niyə vaxtımı itirib penisim olub-olmadığıma dair mətbuata açıqlama verim? Fanatlarım, vecinə də deyil", - cavab verib. Qaqanın bu rahat münasibəti sosial mediada böyük diqqət çəkib və bir çox insan tərəfindən təriflənib. Əslində bu video bu gün də tez-tez paylaşılır və Ledi Qaqanın bu mövzudakı rahatlığı bir çox insan üçün ilham mənbəyi olmağa davam edir.

Bu məsələ Netflix-in yeni “Bill Gates” sənədli filmində yenidən gündəmə gəlib. Sənədli filmin bir hissəsində Ledi Qaqa yeniyetməlik illərində oğlan olması ilə bağlı şayiələrin ona necə təsir etdiyindən danışıb. Qaqa, "20 yaşımın əvvəlində oğlan olduğum barədə söz-söhbət gəzirdi və demək olar ki, hər müsahibədə mənə bu sual verilirdi" deyib. Lakin məşhur müğənni bu söz-söhbətlərdən təsirlənmədiyini bildirərək, "Özümü qurban kimi hiss etmədim. Düşündüm ki, bunda ittihamlanan uşaq mənim kimi ictimai xadimin bundan utanacağını düşünürmü?".

Qaqa əlavə edib ki, digər insanların rifahını nəzərə alaraq şayiələrə cavab vermək həmişə ən yaxşı həll yolu deyil. O, bu cür spekulyasiyaların onu narahat etmədiyini və heç bir şəkildə karyerasına təsir göstərmədiyini bildirərək, bu cür söz-söhbətlərin əhəmiyyət vermədiyi məsələlər arasında olduğunu vurğulayıb.