Lənkəran Dövlət Dram Teatrının aktrisası vəfat edib

14:25 01.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə Lənkəran Dövlət Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Aktrisanın bu gün vəfat etdiyi qeyd olunub.

Zemfira Musabala qızı Nəcəfova 1950-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışır. O, burada yüzdən artıq rolu canlandırıb.