Yazını böyüt
Yazını kiçilt
Litva dövləti İranın Naxçıvana dron hücumları qarşısında Azərbaycanla həmrəyliyini ifadə edir.
Hafta.az yazır ki, bununla bağlı Litvanın xarici işlər naziri Kastutis Budris deyib:
“Litva İranın Naxçıvan Muxtar Respublikasında mülki infrastruktura qarşı mülki şəxsləri təhlükəyə atan dron hücumunu qətiyyətlə pisləyir. Rusiya kimi, İran rejimi də sadəcə dayanmaq bilmir. Amma Rusiya kimi, İran da beynəlxalq hüququn açıq-aşkar pozuntusunu törədir. Belə aqressiya daha da kəskinləşməyə risk edir və dərhal bitməlidir. Litva Azərbaycanla həmrəydir!”.