Livaneli Qızıl Meydan Kitab Festivalında oxucularla görüşüb

09:34 10.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qızıl Meydanda keçirilən Moskva Kitab Festivalında Zülfü Livanelin rus dilinə tərcümə edilmiş “İğtişaşlar” kitabı üçün imza günü keçirilib. Tədbir böyük marağa səbəb olub.

Hafta.az-ın yazdığına görə, proqramın moderatorluğu kitabı rus dilinə də tərcümə edən professor Darya Jiqulskaya məsuliyyəti öz üzərinə götürüb.

“İğtişaşlar” kitabının qısa təqdimatından sonra sual-cavab sessiyası başlayıb. Bağlanış hissəsində tamaşaçılar Zülfü Livanelinin kitablarını imzalaması və xatirə şəkilləri çəkdirməsi üçün növbəyə düzülüb.

İmza proqramı Moskva Nazım Hikmət Fondu tərəfindən təşkil olunub. Kitabın tərcüməsində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Darya Jiqulskaya, rusca nəşrinə isə Moskva Nazım Hikmət Fondu dəstək verib.

Oxunma sayı 200