Fransada bir neçə il özünü aşpaz kimi təqdim edən böyük mafiya lideri Edgaro Greco 16 il axtarışdan sonra həbs edilib, BBC xəbər verir.
Greko 2006-cı ildən iki qardaşın qətlinə və 1991-ci ildə digər qardaşın öldürülməsinə cəhdə görə axtarışda idi. Fransanın Sent-Etyen şəhərində İtaliyanın “Ndrangheta” mafiyasına mənsub ömürlük həbs edilən qatil saxlanılıb. 63 yaşlı mafioz Paulo Dimitrio təxəllüsü ilə yaşayıb və ən azı üç il yerli pizzacıda aşpaz kimi özünü göstərib. O, 2014-cü ildən Fransanın cənub-şərqində, Lion yaxınlığındakı bu kiçik qəsəbədə gizlənir və burada başqa restoranlarda da işləyir.
Edqaro Qrekonun Sent-Etyendə ələ keçirilməsi bir neçə həftə ərzində İtaliya hakimiyyəti tərəfindən yüksək rütbəli mafiozonun ikinci həbsidir. Yanvarın ortalarında Siciliyada klinikaya baş çəkərkən 30 ildir qaçan Matteo Messina Denaro həbs edilib.
Greko 1990-cı illərin əvvəllərində iki mafiya qrupu arasında baş verən qarşıdurma zamanı iki qardaşın vəhşicəsinə öldürülməsi ilə bağlı axtarışda idi. Stefano və Cüzeppe Bartolomeo qardaşları 1991-ci ilin yanvarında kiçik Kosenza şəhərindəki balıq dükanında döyülərək öldürüldülər. Onların cəsədləri heç vaxt tapılmayıb, onların turşuda həll edildiyi güman edilir. Greco rəqib dəstənin üzvü idi və eyni ildə eyni şəhərdə başqa bir adamı öldürməyə cəhddə də ittiham olunurdu.
İtaliyanın daxili işlər naziri Matteo Piantedosi polisin işini yüksək qiymətləndirib, bunun sayəsində İtaliyanın ən bədnam cinayətkarlarından biri məsuliyyətə cəlb olunacaq.