Yazını böyüt
Yazını kiçilt
Bir müddətdir zədədən əziyyət çəkən Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin meydanlara nə vaxt qayıdacağı məlum olub.
Hafta.az bildirir ki, 28 yaşlı futbolçu ağrısı olsa da, meydanda olacağını deyib.
“Yanvarında 18-nə qədər hazır olmalıyam. Ən pis halda bu tarixdən iki həftə sonra tam hazır vəziyyətə gələcəm”, - Emreli bildirib.
Qeyd edək ki, futbolçu hazırda Almaniyanın “Kayzerslautern” klubunda çıxış edir. Klub 2-ci Bundesliqada oynayır.