Malayziya Təhsil Sərgisi yenidən bakılıların və şəhərimizin qonaqlarının görüşünə gəlir.
Hafta.az-ın yazdığına görə, 29-30 noyabr tarixlərində Radisson Hotel-də keçiriləcək sərgini saat 10.00 – 18.00 arasında ziyarət etmək mümkün olacaq.
Malayziyada təhsil azərbaycanlı gənclərə aşağıdakı üstünlükləri vəd edir:
- Sərfəli təhsil və yaşam xərcləri – münasib qiymətlərlə yüksək keyfiyyətli təhsil; Təhlükəsiz və qonaqpərvər mühit – tələbələr və ailələr üçün rahatlıq və güvən;
- Multikultural cəmiyyət – müxtəlif mədəniyyətlər, festivallar və mətbəxləri bir məkanda təcrübə etmək imkanı;
- Dünya səviyyəli universitetlər – mükəmməlliyi və innovasiyaları ilə tanınan qlobal reytinqli ali təhsil müəssisələri.
Beləliklə, sərgiyə qatılacaq gənclər Malayziyanın aparıcı universitetlərinin nümayəndələri ilə tanış olmaq və Asiyanın ən dinamik təhsil mərkəzlərindən birində gələcəyini necə qura biləcəyini kəşf etmək imkanı əldə edəcəklər.
Qeydiyyat linki: https://docs.google.com/.../1FAIpQLSdv51QmHSIlMC.../viewform