Malta 100 milyon dollardan çox olan Rusiya aktivlərini dondurulmasına kömək edib

15:27 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Politico” qəzeti yazır ki, Malta digər Aİ ölkələrinə Rusiyanın 100 milyon dollardan çox dəyərindəki aktivlərinin dondurulmasına kömək edən məlumat verib.

Maltanın xarici işlər naziri Yan Borq bildirib ki, Aİ-yə üzv dövlətlər yalnız öz ərazilərindəki aktivlərini dondura bilər, lakin Malta hakimiyyətinin verdiyi məlumatlar sayəsində Aİ-nin digər üzvləri 100 milyon avrodan çox olan aktivləri dondura biliblər, xüsusən də söhbət yük gəmiləri, yaxtalar və bank hesablarından gedir.

Nazir bildirib ki, Malta özü Aİ-nin sanksiyaları altında Rusiyanın 200 min dollarlıq aktivlərini bloklayıb.