Masallının təhsil müəssisələri dezinfeksiya olunur

21:18 30.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarının icrası ilə əlaqədar Masallı rayonunda ümumtəhsil məktəblərində dezinfeksiya işlərinə başlanılıb.

Fevralın 1-dən ümumtəhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası ilə əlaqədar Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Dezinfeksiya Stansiyası tərəfindən təhsil ocaqları, o cümlədən məktəbəqədər təhsil müəssisələri dezinfeksiya olunur.

Hazırda ümumtəhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir.