Məcburi köçkünlər arasında sorğu keçirilir

15:28 22.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir.

Hafta.az xəbər verir ki, sorğuda UNEC-in məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.

Sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları və cavabları məxfi qalacaq.

Sorğuya keçid üçün: https://sorgu.ada.edu.az/