Yazını böyüt
Yazını kiçilt
Qaxda yanğın hadisəsi olub.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Cəlayir kəndində ümumi sahəsi 886 m² olan tikilinin (bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi qeyri-yaşayış) yaşayış sahəsi kimi istifadə olunan hissəsinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 12 m² sahədə, digər hissəsinin dam örtüyü 144 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.