“Müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı xərclər üçün 8,9 milyard manat pul ayrılıb. Bölgə müharbəni bitirsə də, müharibə riski, sərhədlərin qorunması bu sahəyə ciddi vəsait ayırmağı zəruri edir”.
Hafta.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında deyib.
Deputat qeyd edib ki, bu fonda 4,2 milyard vəsaitin sosial istiqamətə ayrılması mövcud boşluqların aradan qaldırlmasına imkan vermir:
"Deputat eləcə də qeyd edib ki, 80 faiz istiqrazı alan 3 hüququ şəxs var. Burada fiziki şəxslərin çərçivəsi azdır və bu məsələyə diqqət yetirilməlidir.
Mədəniyyət sahəsinə 189 milyonluq vəsaitin ayrılması azdır. Bu, mədəniyyət sahəsində çalışan insanların az maaş alması və yaradıçı potensialını aşağı salmasına gətirib çıxarır".