Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilmə səbəbi açıqlanıb.
Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, M.Vəliyeva 25 dekabr 2020-ci il tarixindən öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.
M.Vəliyeva 2018-ci ilin iyunun 27-dən təhsil nazirinin müavini vəzifəsini icra edirdi.
O, buna qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri idi.
***
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
Hafta.az-ın report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq sənəd imzalanıb.
O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.