Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

14:16 01.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə İnstaqram səhifəsində paylaşım edib.

Hafta.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!"