Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

10:58 01.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram! Qəlbinizdən sevinc, üzünüzdən təbəssüm əskik olmasın! Uca Allah sizi qorusun!"