Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

09:45 27.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

26 fevral tarixində Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən Xocalı soyqırımı abidəsi önündə Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

Azərbaycanın Meksikadakı səfirliyindən hafta.az-a verilən məlumata görə, Xocalı soyqırımı abidəsi önünə əklil qoyulub. Daha sonra çıxış edən səfir Məmməd Talıbov Azərbaycan tarixinin ən qanlı və amansız səhifəsi kimi yaddaşlarda qalan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.