Məntəqə sədri: Bələdiyyə seçkiləri müasir tələblərə uyğun təşkil edilib

16:59 29.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Əhali yüksək əhvali-ruhiyyə ilə məntəqəmizə üz tutaraq öz namizədini seçir”.

Bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı seçki məntəqəsinin sədri Aytən Baxşiyeva deyib.

Seçkilərin müasir tələblərə uyğun təşkil edildiyini vurğulayan A.Baxşiyeva qeyd edib: "Hər hansı çatışmazlıq yoxdur. 8 saylı tam orta məktəbdə 2 seçki məntəqəsi fəaliyyət göstərir. Hər iki məntəqədəki prosesə nəzarət edirik. Onu da qeyd etmək lazımdır ki, əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə iştirakçı sayında artım müşahidə olunur".