Mənzildən qadın meyiti tapılıb

23:41 04.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncənin Kəpəz rayonunda mənzildən qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mirzoyeva Anna Fyodor qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.