Mərakeş millisi 1/8 finalda

11:14 05.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mərakeş və Tanzaniya komandaları arasında matç başa çatıb.

Hafta.az xəbər verir ki, Mərakeş millisi minimal hesabla – 1:0 qalib gəlib.

64-cü dəqiqədə Mərakeşin hücumçusu Brahim Dias fərqlənib.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir və yarış 18 yanvara qədər davam edəcək. 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuar komandası isə turnirin son qalibi olub.