Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

12:55 01.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 136,5 milyon ABŞ dolları təşkil edib.

 

Hafta.az AMB-yə istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,3% azdır.

 

Bildirilib ki,  AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9%, son 1 ildə isə 12,3% artıb.