Erik Dan 6 mövsüm ABC-nin məşhur “Grey's Anatomy” serialında Dr. Mark Sloan MakStemi rolunu oynadıqdan sonra aktyor heyətindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.
Hafta.az-ın “People”a istinadən yazdığına görə, 51 yaşlı aktyor ikinci sezonun sonunda seriala qonaq aktyor kimi qatılıb və müsbət rəylərlə üçüncü sezonda serialda müntəzəm rol almağa başlayıb. Sonrakı epizodlar ərzində Sloan pərəstişkarlarının sevimli personajlarından birinə çevrilib, lakin o, 8-ci mövsümün finalında təyyarə qəzasından sonra 9-cu mövsümün əvvəlində ölüb.
Danın canlandırdığı Sloan, 17-ci mövsümdə qısa müddətə seriala qayıdıb, koronavirus səbəbiylə komaya düşən Ellen Pompeonun canlandırdığı Mereditin yuxularında görünüb.
HBO-nun məşhur “Euphoria” serialında da rol alan Dan bu həftə Dax Shepard-ın “Armchair Expert” podkastının qonağı olub. Amerikalı aktyor etiraf edib ki, “Qrey's Anatomy”dən ayrılmağı seçməyib və serialdan uzaqlaşdırılıb.
"Düşünürəm ki, məni yola saldılar" deyən aktyor, aparıcıya həmin vaxt narkomaniya ilə mübarizə apardığını bildirib.
"Artıq onların işə götürdükləri adam deyildim. Ona görə də işdən çıxarılanda anlayışla qarşıladım. Şonda Rhimes həqiqətən əla idi. O, bizi şiddətlə qorudu. Həm şəxsən, həm də ictimaiyyət önündə qorudu. Amma ehtimal ki, işdən çıxarılmışdım. Mənə “Sən işdən çıxarılmısan!” yox, sadəcə “bir daha qayıtmayacaqsan” dedi”, - Erik Dan bildirib.
“Qrey's Anatomy”də şöhrətinin zirvəsində olan Dan ağrıkəsici asılılığı üçün reabilitasiyaya girib və illər boyu depressiya ilə mübarizə aparıb.
Məşhur aktyor seriala qatılanda 3-4 il ayıq olduğunu, nəyin real, nəyin qeyri-real olduğunu ayırd edə bildiyini paylaşıb. Amma ümumilikdə, Dan onunla gələn şöhrətin öhdəsindən o qədər də yaxşı gəldiyini düşünmür.
Danın hazırda “Euphoria” serialında Ceykob Elordinin canlandırdığı Neyt Ceykobsun atası Kal Ceykob rolunu oynayır. O, həmçinin Uill Smit və Martin Lourenslə birlikdə baş rollarda çəkilən “Bad Boys: Ride or Die” filmində də rol alır.
2005-ci ildə premyerası olan "Grey's Anatomy" aprel ayında 21-ci mövsümü üçün təsdiqlənib.
2019-cu ildə serial Corc Kluni dünyaya tanıdan ER-i keçərək televiziya tarixində ən uzun sürən tibbi dram oldu və bu adı qorumağa davam edir.
Hər gün ölüm-dirim qərarı vermək məcburiyyətində qalan həkimlərin hekayələrindən bəhs edən “Qrey's Anatomy” filmində Ellen Pompeo, Çandra Uilson, Ceyms Pikkens, Jr, Kevin Makkidd, Katerina Skorson və Kamilla Luddington kimi adlar çəkilir.