Məşhur müğənni uşaqlarının atasına ərə getməkdən qorxur - FOTO

10:44 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur müğənni Şakira şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Hafta.az fanat.az-a istinadənxəbər verir ki, kolumbiyalı sənətçi "60 Minutes"a müsahibəsində "Barselona"nın futbolçusu Cerard Pikeyə ərə getmək istəməməsinin səbəblərini açıqlayıb. 

Şakira bildirib ki, "arvad" statusu daşımaqdan qorxur: "Mən istəmirəm ki, o, mənə arvadı gözü ilə baxsın. Qoy məndə öz rəfiqəsini, sevgilisini görsün. Mən onu barmaqlarımın ucunda saxlamaq istəyirəm. O başa düşməlidir ki, hər bir şey onun hərəkətlərindən asılıdı".

Qeyd edək ki, 42 yaşlı Şakira və 32 yaşlı Pike 10 ildir ki bir yerdə yaşayır. Cütlüyün iki uşağı var - 6 yaşlı Milana və 4 yaşlı Saşa.