“Meymun çiçəyi” daha bir ölkədə aşkarlandı

09:39 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsraildə "Meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoluxma aşkar edilən 30 yaşlı şəxs bu yaxınlarda xarici səfərdən qayıdıb. O, virus əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda onun vəziyyəti yüngül qiymətləndirilir və həkim nəzarəti altında karantinə alınıb.

Bundan öncə Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Böyük Britaniya, Avstraliya, Kanada və ABŞ-da "Meymun çiçəyi" xəstəliyinə yoluxma hallarına rast gəlinib.

Oxunma sayı 62