“Meymun çiçəyi”nin əsas əlamətləri

10:11 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı həkim, teleaparıcı Aleksandr Myasnikov özünün “Telegram” kanalında "Meymun çiçəyi"nin əsas əlamətlərini açıqlayıb.

 

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səpgi, qızdırma, limfa düyünlərinin şişməsi, titrəmə, zəiflik və əzələ ağrısını xəstəliyin başlıca simptomları kimi qeyd edib.

 

Həkim 1950-ci ildən məlum olan və Afrikada meymunlarda aşkar edilən virusun insandakı çiçək xəstəliyinə bənzədiyini, lakin daha az yoluxucu olduğunu və ölüm nisbətinin təxminən on faiz təşkil etdiyini vurğulayıb.