Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
Hafta.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
O bildirib ki, görüşdə Azərbaycanda sosial-iqtisadi inkişaf, birgə layihələrin icrası və regionda gedən proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri barədə müzakirələr aparılıb.