“Milan” və “Napoli” vacib qələbə qazanıb

21:03 28.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliya A Seriyasında XVII turun oyunları davam edir.

Hafta.az xəbər verir ki, “Milan” evdə “Verona”nı üç cavabsız qolla məğlub edib.

“Napoli” isə səfərdə “Kremonese”dən üstün olub - 2:0.

Turnir cədvəlinə 35 xalla “Milan” başçılıq edir. Rəqibindən 1 xal geri qalan “Neapol” klubu ikinci pillədə qərarlaşıb.