Milli Məclis baş nazir Əli Əsədovun yenidən baş nazir vəzifəsinə təyin olunması ilə bağlı məsələni müzakirə edib. Müzakirələrdə öz fikirlərini bildirmək üçün 30 nəfər deputat qeydiyyatdan keçib.
Hafta.az xəbər verir ki, deputatlar ayrı-ayrılıqda çıxış edərək baş nazirliyə namizədliyi verilən Əli Əsədovu fəaliyyəti və geniş potensiala malik olan siyasi xadim kimi önə çəkib, onun yenidən baş nazir postuna seçilməsinin lehinə səs verəcəklərini bildiriblər.
Müzakirələr zamanı çıxış edən Siyavuş Novruzov Əli Əsədovun həm də şanslı bir baş nazir olacağını deyib.
“İlk baş nazir olacaq ki, Azərbaycanın bütün ərazilərində səlahiyyətlərini həyata keçirəcəkdir”-deyə deputat bildirib.
Səsəvermə ilə Əli Əsədov Baş nazir vəzifəsinə təsdiq olunub. Əli Əsədov çıxış edib, göstərilən etimada görə öz təşəkkürünü bildirib.