Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib

12:31 26.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclis Fransa ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.

Hafta.az-ın məlumatına görə, çağırışda bildirilir ki, son illərdə tutduğu mövqe və verdiyi bəyanatlarla bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk Qrupu həmsədrliyindən çıxarılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın. Eyni zamanda çağırışda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün.

Oxunma sayı 803
Siyasət rubrikasından digər xəbərlər