Millimizin məşqçisi vəfat etdi

14:40 18.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Güləş üzrə yeniyetmə və gənc qızlardan ibarət millimizin məşqçisi İsaməddin Hüseynov dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 46 yaşında vəfat edib.

 

Qeyd edək ki sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi olan, xüsusən qadın güləşinin inkişafında böyük pay sahibi olan İ.Hüseynov uzun illərdi qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərirdi.