Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO

22:00 05.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb.

Hafta.az xəbər verir ki, dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib. 

R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata gör, oğlu dünən M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. Əynində qara şalvar və qara-qırmızı zolaqlı kofta olub (apa).