Misir KİV-lərində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə yayılıb

22:49 12.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirin “Alkhabaralmasrı”, “Nile1”, “Youm7”, “Akhbarelyoum”, “Asiaelyoum”, “Dostor” informasiya portallarında ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqaləsi yayılıb.

Hafta.az xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edilib. Vurğulanıb ki, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmiz qısa müddətdə regionun aparıcı və ən güclü dövlətinə çevrilib, dünya dövlətləri sırasında layiqli yerini tutub. Ulu Öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğu diqqətə çatdırılıb.