Yazını böyüt
Yazını kiçilt
Misirin “Əl Ğad” və “Yeni dünya xəbərləri” informasiya portallarında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri barədə xəbər və fotoşəkillər yayımlanıb.
AZƏRTAC-ın materiallarına istinadla yayımlanan xəbərlərdə dövlətimizin başçısının Zəngilan rayonunda bir sıra açılışlarda iştirak etməsi, Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə və Zəngilan Beynəlxalq Hava Limanında tikintinin gedişi ilə tanış olması, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü haqqında geniş məlumatlar yer alıb.